16 fevral 2026
9
Təbii qazın qiyməti düşdü
Nyu-Yorkun “NYMEX” əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları ucuzlaşıb.Bakıvaxtı.az xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 7.38% dəyər itirərək 3.0038 ABŞ dollarına bərabər olub.Niderlandın “Title Transfer Facility” (TTF) platformasında qazın meqavat-saatının dəyəri isə 1.50% azalaraq 32.50 avroya enib.
.jpg)



