17 fevral 2026
9
Sabiq icra başçısı lüks sauna tikdirdi: Fəhlələrin pulunu vermədi - FOTO
Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, fəhlələr Rauf Həbibovun müxtəlif əmlakları və bahalı avtomobilləri olmasına baxmayaraq, kiçik bir işçi qrupunun əməyinə hörmət etmədiyini iddia edirlər.
"Bütün işlər tamamlanıb, amma o bizim haqqımızı verməkdən boyun qaçırır", — deyə orada çalışan fəhlə və qrup rəhbəri Ruslan Quliyev bildirib. Həbibovun mənzilləri və villaları ilə tanınan biri olduğunu vurğulayan fəhlələr, buna baxmayaraq, verdikləri zəhmətin qarşılığında heç bir haqq almadıqlarını qeyd ediblər.
Şikayətçilər həmçinin Rauf Həbibovun onları aldatdığına və əmək haqlarını verməkdən məqsədli şəkildə yayınmasına işarə edirlər.
"Bizim haqqımızı vermədiyi halda, heç bir çətinlik yaşamadan öz lüks həyatını davam etdirir", — fəhlələr deyiblər.
Məsələ ilə bağlı Manset.az Qubanın keçmiş icra başçısı Rauf Həbibovla əlaqə saxlayıb. O, belə bir problemin olduğunu etiraf edib:
“Hazırda sistem altındayam. Mən bununla bağlı sizinlə əlaqə saxlayacağam”.
Qeyd edək ki, 2012-ci ildə Rauf Həbibov Qubada baş vermiş kütləvi vətəndaş etirazı və kütləvi qarşıdurmadan sonra vəzifəsindən azad edilib.





Oxşar Xəbərlər:

Keçmiş icra başçısı Rauf Həbibovun yeni qalmaqalı - “53 min manatımı vermir, üstəlik məni məhkəməyə verməklə hədələyirlər”

Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Prezident əfv sərəncamı imzaladı – SİYAHI