17 fevral 2026
9

1,5 milyon manatlıq balıq zavodu - MMC-YƏ ÇEVRİLİR

 
“D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 4400122841) təşkilati-hüquqi formasını dəyişir.
"DİA-AZ" xəbərləri portalı xəbər verir ki, zavod məhdud məsuliyyətli cəmiyyətə çevrildiyini elan edir.
Qeyd edək ki, müəssisə 16 may 2005-ci ildə dövlət qeydiyyatına alınıb, 1 milyon 504 min manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Abdinov Nurlan Nurəddin oğludur. Hüquqi ünvanı Qəbələ rayonu, Çuxur Qəbələ ərazisində yerləşir.