18 fevral 2026
10
İcra başçısı Eldar Əzizov 6 ay əvvəl yaradılan kapitalı 10 manat olan şirkətə 81 min göndərir
Bakı Şəhər İcra Hakimiyyəti “Dəftərxana və təsərrüfat xərcləri”, “Yanacaq və sürtkü materiallarının alınması” və “Nəqliyyat vasitələrinin cari təmir xərcləri” üzrə malların və xidmətlərin satınalınması üçün tender üzrə müqaviləni “FOKUS SAPP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb.32gun.az xəbər verir ki, Satınalmanın dəyəri 80.875 AZN təşkil edir və müqavilə artıq rəsmiləşdirilib.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrində qeyd olunub ki, “SAVA SOBB” (VÖEN: 1009294841) Məhdud Məsuliyyətli Cəmiyyəti 18.09.2025-ci il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 10 manatdır, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ştq, Eldar Babayev, ev 58 və qanuni təmsilçisi Balayev Səbuhi Gülhüseyn oğlu olaraq göstərilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur.
Oxşar Xəbərlər:

Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı

Dəftərxana və təsərrüfat mallarının satınalmasını monopoliyaya alan “NUR-E.A.” və “OFİS-A.M.” MMC-lərin nə kimi bağlılığı var -TƏFƏRRÜAT

Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir -İLGİNC FAKTLAR

İbrahim Cəfərov bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurub -DE-FAKTO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI