12 fevral 2026
12

İran Ermənistanla strateji sənəd İMZALAYACAQ


Ermənistan-İran əməkdaşlığı Zəngəzur dəhlizinin yaradılmasının qarşısını alacaq” – Movahedian

Ermənistanın baş naziri Nikol Paşinyanın 2026-cı ildə Tehrana səfəri zamanı hərtərəfli strateji əməkdaşlıq sənədinin imzalanması planlaşdırılır.
Yenimeydan.info: Bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqolami deyib.
Onun sözlərinə görə, tərəflər tərəfdaşlığı institusionallaşdırmaq və yol xəritəsinə əsasən əməkdaşlığı genişləndirmək niyyətindədirlər.
O, münasibətlərin yetkinlik mərhələsinə çatdığını və liderlər arasında etimadın əsas amil olaraq qaldığını vurğulayıb.
Diplomat həmçinin Cənubi Qafqazda sabitliyin əsası kimi regional kommunikasiyaların açılmasının və tranzit potensialının inkişaf etdirilməsinin vacibliyini qeyd edib.