12 fevral 2026
10
Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi
Sabiq deputat Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.“Qafqazinfo” xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat yayıb.
F.Qəhrəmanlı ölkəyə qayıdan Hacıbəylinin hazırda azadlıqda olduğunu bildirib.
Qeyd edək ki, G.Hacıbəyli 2 ay əvvəl Türkiyədə saxlanılmışdı.
Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində istintaqa dəvət olunan Hacıbəyli İstanbul şəhərində, Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılırdı. Həmin müddətdə onun Türkiyədən 5 illik deportasiya edilməsi barədə qərar çıxarılmışdı.
Oxşar Xəbərlər:

“Çevriliş işi”ndə sıra generallara çatdı - NƏ BAŞ VERİR?

Daha bir icra başçısının Ramiz Mehdiyevə villa bağışlaması ortaya çıxdı

Ramiz Mehdiyevin Qəbələdə 1 yox, 3 villası varmış -Ən dəbdəbəlisini bu nazir hədiyə edibmiş

Ramiz Mehdiyevin xəyanət şəbəkəsində kimlər var? - Adlar

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - “Mehdiyev işi”nin DETALLARI