11 fevral 2026
13
“Azərişıq” 1 manat deyil, qəpik-qəpik artıq pul tutur? — Müəllimdən ŞİKAYƏT (FOTO)
Bildiyimiz ki, 2026-cı il yanvarın 1-dən etibarən Tarif Şurasının qərarına əsasən əhali qaz və elektrik enerjisi üzrə hər xidmət üçün aylıq 1 manat sabit tarif ödəyəcək.Tribuna.az-ın redaksiyasına “Azərişıq” ASC ilə bağlı şikayət daxil olub.
Belə ki, Xətai rayonu, Vunq Tau 15 ünvanında yaşayan Gülbəs Həsənovanın şikayətinə görə, sayğacına 14.40 AZN məbləğində ödəniş etsə də, balansına 12.60 AZN yüklənib. Onun sözlərinə görə, 1.80 AZN (80 qəpik artıq tutulma kimi qiymətləndirdiyi məbləğ) sistem tərəfindən çıxılıb.
Vətəndaş bildirir ki, tək yaşamasına və həftənin bütün günləri işdə olmasına baxmayaraq, aylıq elektrik enerjisi xərci 35 manata çatır:
“Bir əlim işığa pul yükləməkdədir. İşıq tez bitir. 80 qəpik böyük məbləğ kimi görünməyə bilər, amma müəllim maaşı ilə dolanıram, heç nəyə yetmir. Belə çıxır ki, hər ay 1 manat yox, qəpik-qəpik daha çox çıxılacaq?”
Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat katibiilə əlaqə saxladıq və vətəndaşa yönləndirdik. Sorğumuza cavab verməkdən yayınan qurum iclasda olduğunu bildirdi.
Lakin vətəndaşdan aldığımız məlumata əsasən, ona qurum tərəfindən bildirilib ki, SMS sayğacı yeni tarif sistemini dəstəkləmir və bu səbəbdən texniki fərqlər yarana bilər.
Dəniz Pənahova


Oxşar Xəbərlər:

Bu məmurun qohumları restoranı ələ keçirmək istəyir-FOTO

"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

“Elektroenergetika haqqında” yeni qanun QƏBUL EDİLDİ