11 fevral 2026
12
Zelenski kritik qərarı açıqlamaya hazırlaşır: Seçki və referendum
Ukrayna prezidenti Volodimir Zelinski fevralın 24-də ölkədə seçkilər və referendum keçirilməsi ilə bağlı qərarını elan edəcək.Tribuna.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, Zelinski həmin gün prezident seçkilərinin gününü təyin edəcək. Referendum isə ABŞ və Avropanın Ukraynaya təklif etdiyi Rusiya ilə sülh sazişi ilə bağlı olacaq. Zelinski xalqın həmin sülh sazişinə rəyini öyrənərək, ona uyğun addım atacaq.
Fərda Uğur



