09 fevral 2026
11

Rus generalı vuran şəxs FTX-nın əməkdaşı çıxdı


Məlum olduğu kimi, bir neçə gün əvvəl Rusiyanın paytaxtında səs-küylü sui-qəsd haddisəsi baş verib.
Tribuna.az xəbər verir ki, söhbət Rusiya Dövlət Təhlükəsizlik İdarəsinin (QRU) generalı Vladimir Alekseyevin güllələnməsindən gedir.
Bolqarıstanlı araşdırmaçı jurnalist Hristo Qrozev məsələ ilə bağlı aparddığı araşdırma zamanı üzə çıxarıb ki, hadisənin Ukrayna kəşfiyyatı tərəfindən törədilməsi barədə deyilənlər yalandır. O, hətta sui-qəsdçilərin Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq etdiklərini də təsdiqləyən sənəd paylaşıb. “FTX general Alekseyevə qarşı sui-qəsd cəhdini təşkil etdiyi iddia edilən iki Rusiya vətəndaşının həbs olunduğunu elan etdi. Onlardan biri Dubayda saxlanılan Ukrayna əsilli 66 yaşlı kişi, digəri isə 67 yaşlı V. Vasindir. Hər ikisi müşahidə avadanlığı istehsal edən FSB şirkətində işləyir”.
Onun sözlərinə görə, ən azı ötən ilin avqust ayına qədər Vasin Atlas elmi-texniki mərkəzində “baş ekspert” vəzifəsini tutub. Qrozev qeydd edib ki, bu müəssisə FSB tərəfindən yaradılıb və hazırda Rostec hərbi-sənaye korporasiyasının bir hissəsidir.
Jurnalist həmçinin Vasinin 2014-cü ilə aid köhnə CV-sini də tapıb. CV-də o, Rusiya Hərbi Rabitə Komandanlığı Akademiyasını bitirdiyini iddia edir və özünü “hərbi işlər üzrə usta” və “alayın baş zabiti – qərargah rəisi” kimi təqdim edib.
Fərda Uğur