06 fevral 2026
7
“İdrak” liseyinin təsisçisinin oğlu bu özəl stomatoloji klinikanın rəhbəridir
Xəbər verdiyimiz kimi, bu gün İdrak liseyində 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Şəhla Kəromovaya xəsarət yetirib. Hadisəni törədən şagird polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Tanınmış jurnalist Əntiqə Rəşid sosial şəbəkə hesabında İdrak liseyi və onun direktoru Mönsüm Alışovla bağlı bir sıra faktları diqqətə çatdırıb. O bildirib ki, liseyin təsisçisi Alışov Mönsüm Ədil oğludur və təhsil müəssisəsində çalışanların təxminən 70 faizi onun yaxın qohumlarıdır.
Qeyd olunub ki, sözügedən lisey 2014-cü ildə Mönsüm Alışov tərəfindən təsis edilib. Hazırda İdrak Liseyinin Bakı filialının direktoru onun bacısı qızı, eyni zamanda gəlini olan Alışova Natəvan Üzeyim qızıdır. Natəvanın həyat yoldaşı İdris, bacıları və digər qohumları da liseydə müxtəlif vəzifələrdə çalışırlar.
Yeri gəlmişkən, əsl ixtisası montyor olan Mönsüm Alışov sonradan — 1976-cı ildə Qubadlı rayonunun Çərəli kənd orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. O, 2008-ci ildə Sumqayıt Özəl İxtisas Kollecinin zəngin maddi-texniki bazası əsasında “İdrak” liseyini təsis edib.
“Şübhəsi olanlar getsin yoxlasın”, – deyə jurnalist qeyd edib.
Əldə etdiyimiz məlumata görə, Mönsüm Alışovun oğlu Samir Alışov “Vip Dental” stomatoloji klinikasının direktorudur.


Oxşar Xəbərlər:
Bakıda “kitayski” lisey – ,,ŞAKAYA PUL LAZIMDIR":Elçin Məmmədov mühüm təhsil ocağını bazara çevirib

Media nümayəndələri təltif edildi -SİYAHI

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
“İdrak” liseyinin rəhbəri oğlunu tikinti şirkətinə rəhbər təyin etdi - BUNDAN SONRA...

Prezident əfv sərəncamı imzaladı – SİYAHI