06 fevral 2026
9
Yeni sədr kimdir? - Dosye
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.Yenimeydan.info-nun məlumatına görə, Prezidentin digər Sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli (AAYDA) İdarə Heyətinin sədri təyin edilib.
Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub.
2000-ci ildə Qafqaz Universitetinin İnzibati idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pillələrini bitirib.
2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.
Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, daha sonra isə müavini vəzifəsində çalışıb. Evlidir, iki övladı var.
Oxşar Xəbərlər:

Saleh Məmmədovun “ərköyün” kadrları...-Dəbdəbəli toylar, lüks avtomobillər, vəzifəsini oğluna verən müdirlər və s.

Bu şəxslərdən kənd təsərrüfatının inkişafına xidmətdən başqa hər şeyi gözləmək olar.

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Prezident əfv sərəncamı imzaladı – SİYAHI