09 fevral 2026
9
Prezident ailəsi Gəncə Autizm Mərkəzini ziyarət etdi - Fotolar
Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar.
YeniMeydan.info xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Autizm Mərkəzi Gəncə ilə yanaşı, ətraf regionlardan – Şəmkir, Daşkəsən, Tovuz, Samux və digər rayonlardan müraciət edən ailələrə və onların övladlarına dəstək göstərir.
Bildirilib ki, burada həyata keçirilən proqramlar uşaqların cəmiyyətə və ailəyə inteqrasiyasında, eləcə də onların aktiv rol almasına töhfə verir. Mərkəz vasitəsilə regionda reabilitasiya ilə yanaşı, autizm, neyromüxtəliflik və inklüzivlik mövzularında maarifləndirmə kampaniyaları həyata keçirilir.



Oxşar Xəbərlər:

Əliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - Fotolar

Mahir Əliyev on beş ildir Samuxu abadlaşdırır –Amma şəhər heç dəyişmir, nədən…

Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvana səfər ediblər – FOTOLAR

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət

Prezident əfv sərəncamı imzaladı – SİYAHI