09 fevral 2026
11
ABŞ Ermənistana qoşun yerləşdirib: “14 gün vaxt lazımdır”- İDDİA

İsraildə yayınlanan “Kanal 12” TV maraqlı iddia ilə çıxış edib.
YeniMeydan.info xəbər verir ki, sözügedən TV ABŞ-İran hərbi toqquşması ilə bağlı versiyalar irəli sürməklə yanaşı, həm də bəzi məlumatları açıqlayıb.
Kanal iddia edib ki, indiyə qədər Yaxın Şərqə gətirilən hərbi qüvvələr ABŞ-ın planının birinci mərhələsidir. İkinci mərhələ isə yaxın günlərdən start götürəcək. “Yaxın 2-3 həftə ərzində ABŞ-ın yeni hərbi qüvvələr bölgədə olacaq. Yalnız bundan sonra İrana hərtərəfli hücum ediləcək”.
“Kanal 12” həmçinin ABŞ-ın başaq bir planını da açıqlayıb. TV iddia edib ki, son 24 saat ərazində ABŞ öz hərbi birliklərini Türkmənistan sərəddinə və Ermənistana hava yolu ilə göndərərək yerləşdirib.
TV yekunda bildirib ki, ABŞ İran məsələsini bitirmək üçün ən geci 14 gün vaxt lazım olacaq. Bölgəyə gətirilən hərbi birləşmələrin də məhz bu müddət üçün nəzərədə tutulduğu iddia olunur.
Fərda Uğur
Oxşar Xəbərlər:

Bu qurumun əmlakı satışa çıxarıldı: milyonluq kompleks, Bakının mərkəzində çoxsaylı obyektlər - SİYAHI

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Zəngəzur yolu “divlərə” qaldı? - NƏ BAŞ VERİR?

Prezident əfv sərəncamı imzaladı – SİYAHI