11 fevral 2026
11
Azər Qasımlıya cəza istənildi
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.Yenimeydan.info xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış edib. O, Azər Qasımlının 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Zərərçəkən prokurorun çıxışı ilə razılaşdığını bildirib.
Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.
Növbəti proses fevralın 25-nə təyin edilib.
Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.
axar.az
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

“Qarabağ Səyyar İnşaat” MMC-nin direktoru ŞOK FAKTLARI AÇIQLADI..
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...

Prezident əfv sərəncamı imzaladı – SİYAHI