10 fevral 2026
10
Vens qondarma “soyqırım”la bağlı paylaşımlarını sildi
Dünən Ermənistanda səfərdə olan ABŞ-ın vitse prezidenti Cey Di Vens qondarma “erməni soyqırımı” “kompleksi”nə baş çəkdikdən sonra bununla bağlı X platformasında fikirlərini paylaşmışdı.Tribuna.az xəbər verir ki, Vaşinqton rəsmisi həmin iki paylaşımı silib.
Vensin mətbuat katibi Teylor Van Kirk bu barədə açıqlamasında deyib ki, həmin paylaşımlar yenisi ilə əvəzlənib. Köhnə paylaşımda “soyqırım” sözündən istifadə edilsə də, yenisində bu söz “Əbədi məşəlin önünə gül qoyduq” sözü ilə əvəzlənib.
Görünür, ABŞ-ın vitse prezidenti Bakıya səfəri çərçivəsində köhnə paylaşımının narazılıqla qarşılanacağını düşünərək, bu addımı atıb.
Fərda Uğur




