10 fevral 2026
11
ADSEA-da ilginc VƏZİFƏ PLANLAMASI.

Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə (əvvəlki adı "Azərsu" ASC) sədr təyinatına hazırlıq gedir.
Mia.az-ın əldə etdiyi məlumata görə, 25 sentyabr 2024-cü ildə İstanbulda ürəkdən əməliyyatı zamanı vəfat edən Xidmət rəhbəri Köçərli Həsənovdan sonra sözügedən xidmətin sədri vəzifəsinin icraçısı Tahir Xəlilovu qurumun tabeliyindəki 1.423.420 manatlıq Nizamnamə kapitalı ilə fəaliyyət göstərən və bütün iri tender layihələrini icra edən “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Orxan İmanlı əvəzləyəcək.
Məlumata görə,Agentlik sədri Zaur Mikayılova, daha dəqiqi, qudası, ADSEA-nın Aparat rəhbəri Fuad Quliyevə birbaşa bağlılığı Orxan İmanlının təqdimatının verilməsində müstəsna rol oynayıb: "O, çox tezliklə Xidmət sədri təyin ediləcək".Xəbərdə o da deyilir ki, Orxan İmanlı və yaxın dostlarına məxsus MMC-lər də xidmətin tenderlərində aktivlik edirlər(Bu barədə ayrıca yazı olacaq).
P.S. Təxminən 1 il 4 aylıq fəaliyyəti dövründə Tahir Xəlilovun təkcə Gəncə Su-Kanal İdarəsində neçə qohumunu vəzifəyə yerləşdirməsi barədə ayrıca yazımız olacaq!
Oxşar Xəbərlər:

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində ehtiyat hissələrinin talanı davam edir

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qanunları necə pozur? – Kütləvi yazılan cərimələrin şok SƏBƏBİ
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...

Prezident əfv sərəncamı imzaladı – SİYAHI