11 fevral 2026
11
Turizm Agentliyi 3 ölkədən bloger gətirəcək: 600 min manata
Dövlət Turizim Agentliyi (DTA) daha bir bahalı tenderə hazırlaşır.Tribuna.az xəbər verir ki, bu dəfə də Agentlik dəfələrlə tənqid edildiyi məsələni reallaşdırmaq fikrindədir.
Məlumatda bildirilir ki, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətləri satın alınacaq. Bu xidmət üçün Agentlik 597 min 526 manat xərcələyəcək. Müsabiqənin nəticəsi isə martın 3-də açıqlanacaq.
Qeyd edək ki, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərdən gələn blogger və jurnalistlərin sayı barədə məlumat yoxdur. Yalnız hər bir ölkədən bir dəfə səfər təşkil olunacağına dair məlumat var.
Bildirək ki, ölkə mediasında Turizm Agentliyi bu cür təbliğat işlərinə görə dəfələrlə tənqid edilib. Açıq mənbələrdə bildirilir ki, Agentliyin bu işlərə sərf etdiyi xərclər ya şişirdilib, ya da səmərəsizdir.
Fərda Uğur
Oxşar Xəbərlər:

İlham Əliyev BƏƏ-yə getdi – Foto

Bu məmurun qohumları restoranı ələ keçirmək istəyir-FOTO

“Möcüzə” Marketin yaratdığı “möcüzə”: Səkini qanunsuz biznesə çevirdilər — VİDEOreportaj

NAĞIYEV MİLYONLARI HARA XƏRCLƏYİB? - Tenderlər bu şirkətlərə verilib

Fuad Nağıyev 9.8 milyonu dörd şirkət arasında bölüşdürüb