12 fevral 2026
9
“Nazirliklərdə bu sahədə yeni müavin ayrılsın” - Prezident
“Hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın”.
Yenimeydan.info xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.
“Yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır”, - dövlət başçısı qeyd edib
Oxşar Xəbərlər:

Kənd Təsərrüfatı Nazirliyində süni intellektə QADAĞA... - Prezidentin “gələcəkdir” dediyinə nazirlik “bizə gəlmə” deyir?

Prezidentlər Birgə Bəyanat imzaladılar

Bu sahələrdə işləyənlərin kütləvi surətdə işdən çıxarılacağı gözlənilir – SƏBƏB

Yeni Dövlət Xidməti yaradıldı - Fərman

Uşaq bağçasında çalışan vəzifəli şəxs cəzalandırıldı