29 noyabr 2025
21
Vüqar Behbudovun öz bacısından ofis icarəyə götürməsinə görə tenderi ləğv olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin tenderi ləğv olunub.Bu barədə rəsmi qaynaqlarda məlumat yayılıb.
Bildirilir ki, Agentlik Salyan rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və Şəhid ailələri üçün mənzillər tikməyi planlaşdırıb. Belə ki, sözügedən qurum 9 ədəd ikiotaqlı və 6 ədəd üçotaqlı mənzilin inşasını reallaşdırmaq fikrində olub. Bunun üçün 1 milyon 258 min 425 manat pul ödəməyə də hazır olub. Lakin Anti İnhisar və İstehalak Bazarına Nəzarət Dövlət Agentliyi “Dövlət satınalmaları haqqında” qanunun 36.1.-ci maddəsinin tələbinin pozulması səbəbindən tenderin nəticəsini ləğv edib.
Xatırladaq ki, Sosial Xidmətlər Agentliyinin adı bir qədər əvvəl ofis icarəsi məsələsində qalmaqala qarışmışdı. Belə ki, Agentliyin rəhbəri Vüqar Behbudovun öz bacısından ofis icarəyə götürməsi faktı üzə çıxmışdı.
Tribuaninfo.az
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Azərbaycanda ilk dəfə: Ən çox vergi ödəyən 100 şirkət – Siyahı + Məbləğlər

Bu şəxslərə yeni mənzillər veriləcək

1.2 milyona tikilən 20 evin HOQQASI: Satınalma ""İŞİ"nə girişən Mehman Məmmədov KİMDİR?

İqtisadiyyat Nazirliyi 2,5 milyonluq tender udan 72 yaşlı qadına belə haqq qazandırır