29 noyabr 2025
30

Ukrayna Krımda Rusiyaya güclü zərbə vurdu: Nələr məhv edildi?

Ukrayna Silahlı Qüvvələri Krımda Rusiya Hərbi Hava Qüvvələrinin komandanlıq və idarəetmə mərkəzinə , “Orion” hücum PUA-larının saxlandığı yerlərə və bir neçə hava hücumundan müdafiə obyektinə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, uğurlu hücum nəticəsində rusların bir neçə yüksək dəyərli hədəfi məhv edilib:
"Ukrayna Hərbi Dəniz Qüvvələrinin bölmələri Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri ilə birgə uğurlu əməliyyat keçirib. Nəticədə Saki aerodromunda düşmənin komanda-idarə mərkəzi, "Orion" hücum pilotsuz təyyarələrinin anbarı, bir neçə hava hücumundan müdafiə obyekti, o cümlədən "Tor-M2" və "Pantsir-S1" hava hücumundan müdafiə sistemləri məhv edilib. ZU-232 tipli hərbi yük maşını da məhv edilib".