27 noyabr 2025
26

Səidə Bəkirqızının veriliş zamanı vəziyyəti pisləşdi

Televiziya aparıcısı Səidə Bəkirqızının verilişin çəkilişi zamanı səhhəti qəfil pisləşib və studiyada yıxılıb.
Yenimeydan milli.az-a istinadla xəbər verir ki, hadisə yerində dərhal çəkiliş komandası tərəfindən Təcili Tibbi Yardım briqadası çağırılıb.
Həkimlərin ilkin yardım göstərməsindən sonra Səidə Bəkirqızı təcili yardım maşını ilə "Kəpəz" Klinikasına aparılıb. Hazırda onun vəziyyətinin pisləşməsinə səbəb hələ də müəyyən edilməyib.