05 noyabr 2025
68
Zirzəmiləri mənzilə kim çevirir? - Bıçaqlanan idmançıyla bağlı yeni qalmaqal +VİDEO
Abşeron rayonu, Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 38 ünvanında yaşayan sakinlər binanı tikən şirkətdən şikayətçidirlər.Sakinlər mənzilləri üçün 5 ildir çıxarış ala bilmədiklərini, indi isə MMC-nin sahibi Araz Musayevin binanın zirzəmisində yeni mənzillər tikmək qərarına gəldiyini iddia edirlər.
Sakinlər bildirir ki, zirzəmilərin mənzilə çevrilməsi binanı qəzalı vəziyyətə gətirməklə yanaşı, uzun müddətdir yaşayış olan mənzillərə çıxarış verilməsini də mümkünsüzləşdirəcək.
Daha ətraflı video-materialda:
Qeyd edək ki, sözügedən binanı tikən şəxs bu ilin may ayında Türkiyədə keçirilən yarış zamanı bıçaqlanmış, özünü Azərbaycan Muay Tay Federasiyasının prezidenti və 9 qat dünya çempionu kimi təqdim edən Araz Musayevdir.(BakuPost)
Oxşar Xəbərlər:

Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları

Qalmaqallı məktəblə bağlı yeni faktlar - "Direktor sənədləri saxtalaşdırıb" -FOTOLAR+VİDEO

Araz Musayev buna görə və belə bıcaqlanıb TAM VİDEO/TƏFƏRRÜAT

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Prezident əfv sərəncamı imzaladı – SİYAHI