29 may 2025
106
Araz Musayev buna görə və belə bıcaqlanıb TAM VİDEO/TƏFƏRRÜAT

Bu gün Türkiyədə Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayev bıcaqlanıb.
Hücumu həyata keçirən iki nəfər saxlanılıb.
Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı məlum olub.
Türkiyənin Antalya şəhərində keçirilən İFMA dünya çempionatına Azərbaycandan 14 nəfərlik heyət qatılıb.
Muay Tay Federasiyasının prezidenti Araz Musayev isə heyətə başçılıq edib.Bu gün günorta saatlarında keçirilən yarışda Araz Musayevlə türkiyəli idmançı arasında mübahisə yaranıb. Arenada yaranmış mübahisə çempionatın təşkilatçıları tərəfindən yatırılıb və turnir davam edib. Nahar fasiləsində türkiyəli nümayəndə heyətinin rəhbəri ilə Araz Musayev mübahisə edib və onlar arenanın binasından kənara çıxıb küçədə yenidən dalaşmağa başlayıblar.
Hadisə nəticəsində Araz Musayev kürək nahiyəsindən bıçaqlanıb. O, təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
Hazırda Araz Musayevin səhhəti sabit-ağır qiymətləndirilir.
Джавид Дамирли
Oxşar Xəbərlər:

AKF ilə AMTTF arasında dava: Adil Əliyevlə Araz Musayev arasında nə baş verib?

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?
Əliyar Qasımovun dostu tərəfindən bıçaqlanmasının TƏFƏRRÜATI - "Çıxanda bizimlə hesablaşacaq"
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər