09 iyul 2025
111
Polis bu qadının yerini deyənə 1 milyon verəcək
Rusiyanın Kamçatka vilayətinin polisi ötən il yeni doğulmuş uşağını öldürməkdə şübhəli bilinən qadının tutulmasına kömək edənə görə bir milyon rubl mükafat elan edib.Yenimeydan.info bildirir ki, istintaqın məlumatına görə, 2024-cü il martın 6-da Petropavlovsk-Kamçatskidə bərk məişət tullantıları poliqonunda zibillərin arasından yorğana bükülmüş yeni doğulmuş oğlan uşağı meyiti tapılıb. Əvvəlcədən müəyyən edilib ki, uşaq sağ doğulub.Ölümün ehtimal olunan səbəbi hipotermiya hesab olunur. Körpənin anasının kimliyi hələ müəyyən edilməyib.
“Rusiya Daxili İşlər Nazirliyinin Kamçatka diyarı üzrə İdarəsi 2024-cü il fevralın 15-dən martın 6-dək uşaq dünyaya gətirmiş qadının yerini müəyyən etməyə kömək edəcək məlumatlara görə bir milyon rubl mükafata zəmanət verir”, – İstintaq İdarəsinin bəyanatında deyilir.
Şübhəli şəxsə qarşı Cinayət Məcəlləsinin 106-cı maddəsi (ana tərəfindən yeni doğulmuş körpəni öldürmə) ilə cinayət işi açılıb. İstintaq davam edir. /Lent.az
Oxşar Xəbərlər:

Ginekoloq sirləri açdı - Baş həkim körpəni cihaza qoşmadı -İLGİNC

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

NÜVƏ MÜHARİBƏSİNİN BİR ADDIMLIĞINDA -Putinin “Rusiya olmayacaqsa, dünya niyə sağ qalmalıdır?!” məntiqi onun geri çəkilməyəcəyini deməyə əsas verir
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!