14 aprel 2025
26
Gecə səs-küy yaradan iaşə obyektləri cərimələndi – VİDEO

YeniMeydan.info xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Məlumata görə, bu istiqamətdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qeyd edilən ünvanlarda fəaliyyət göstərən kafe-restoran, əyləncə mərkəzləri və digər ictimai iaşə obyektlərində profilaktik tədbir keçirilib. Nəticədə bir neçə obyektin gecə saat 00:00-dan sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini pozduğu aşkar edilib. Həmin ictimai iaşə obyektlərində yüksəksəsli musiqi dayandırılıb və obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər inzibati protokollar tərtib edilməklə cərimələniblər. Bu cür halların təkrarlanacağı təqdirdə barələrində daha sərt tədbirlərin görüləcəyi obyekt sahiblərinin diqqətinə çatdırılıb.
Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir.

Oxşar Xəbərlər:

“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Ələkrəmə Kremlin pulunu bu deputat gətirmişdi – Polis rəisi

Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat