25 mart 2025
90
İmamoğlu dünənki mitinqlərdə səslənən bəzi şüarları pislədi
Yenimeydan.info xəbər verir ki, bu barədə onun “X” səhifəsində paylaşım edilib.
Ə.imamoğlu həbsdən göndərdiyi mesajda Ərdoğanın anasını təhqir edənlərin əməllərini pisləyib və mərhum Tənzilə Ərdoğana rəhmət diləyib. O, öz ailəsi və yaxınları barəsində təhqirlər səsləndirən şəxslərin də məsuliyyətə cəlb edilməsini tələb edib.
Qeyd edək ki, İstanbulda keçirilən mitinqin yekununda bir qrup gənc ölkə başçısının illər əvvəl vəfat etmiş anasının ünvanına təhqiramiz şüar səsləndirib. Dərhal keçirilən tədbirlərlə 43 nəfər tutulub.



