15 mart 2025
12
Bakıda daha bir avtomobil partladı -VİDEO

Gecə saatlarında paytaxtın Binəqədi rayonu ərazisində partlayış olub.
Yenimeydan.info xəbər verir ki, Sulutəpə qəsəbəsində küçədə park halında olan minik avtomobilində güclü partlayış baş verib. Nəticədə nəqliyyat vasitəsi tamamilə yararsız hala düşüb. Zərbənin təsirindən kənardakı avtomobillərə də zərər dəyib.
Bildirilir ki, partlayışa avtomobildə quraşdırılmış qaz balonu səbəb olub.
Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtın Lökbatan qəsəbəsində də qazla çalışan avtomobildə partlayış olmuş və bir nəfər xəsarət almışdı.

Oxşar Xəbərlər:

Qəza, diversiya, yoxsa texniki problem? -Azərbaycanın Avropanın iki ölkəsinə verdiyi qaz niyə dayandırılıb?

“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...

Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI