14 mart 2025
10

Britaniya Azərbaycana müdafiə attaşesi təyin etdi -FOTO

leytenant Gavin Tarbard
Böyük Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib.
Yenimeydan.info  Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, müdafiə attaşe kimi komandir leytenant Gavin Tarbard təyin edilib.
"Onun Azərbaycana gəlişini məmnuniyyətlə elan edirik. Bu tarixi mərhələ Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının artan gücünü əks etdirir. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirəcək", - məlumatda vurğulanıb.