13 mart 2025
14
Azərbaycanda bu xəstəxanalar ləğv edilir

Söhbət ADY-nin Həkim Sanitar Xidmətinin tabeliyində olan tibb müəssisələrindən gedir.
Beləliklə, “Bakı Dəmir Yolu Xəstəxanası” MMC Respublika Pediatriya Mərkəzinə (1), “1 saylı Bakı Dəmir Yolu Poliklinikası” və “2 saylı Bakı Dəmir Yolu Poliklinikası” MMC-lər Bakı Baş Səhiyyə Mərkəzinə (2), “Ələt Dəmir Yolu Xəstəxanası” MMC Qaradağ Tibb Mərkəzinə (3), “Gəncə Dəmir Yolu Xəstəxanası” MMC Gəncə Şəhər Birləşmiş Xəstəxanasına (4), “Xaçmaz Dəmir Yolu Ambulatoriyası” MMC Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına (5), “Hacıqabul Dəmir Yolu Ambulatoriyası” MMC Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına (6), “İmişli Dəmir Yolu Xəstəxanası” MMC isə İmişli Rayon Mərkəzi Xəstəxanasına (7) qoşulur.
Krediorlar tələblərini 2 ay ərzində müvafiq olaraq Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 206A (1), Yasamal Rayonu, Mikayıl Müşfiq küçəsi, ev 1M (2), Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 4, Namiq Niftəliyev küçəsi (3), Gəncə şəhəri, Nizami prospekti, 412 (4), Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, 303 (5), Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi, 15 (6) və İmişli şəhəri, Xanhüseyn Bəylərov küçəsi, 92 (7) ünvanına bildirə bilərlər.

Oxşar Xəbərlər:

“Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi monopoliya yaradır — İş adamından SENSASİON AÇIQLAMALAR…

YAP namizədlərinin adlarını açıqladı - Tam siyahı

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...

Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI