12 yanvar 2024
58

Müdafiə nazirinin müavini təyin edilən Şuşa fatehi – Dosye

  Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı təyin edilib.Yenimeydan.info  xəbər verir ki, Hikmət Mirzəyev 29 fevral 1968-ci ildə Biləsuvar rayonunda anadan olub.Birinci Qarabağ müharibəsində iştirak etmiş, xüsusi təyinatlı taborun üzvü olmuşdur.
1992-ci ilin dekabrında Xocalı rayonu ərazisindəki, o zaman Ağdam üçün böyük təhlükə təşkil edən Fərrux yüksəkliyini azad etmək üçün Müdafiə Nazirliyinin göstərişi ilə Mehman Səlimovun komandanlığı ilə aparılmış hücum əməliyyatı zamanı Hikmət Mirzəyev kapitan rütbəsində hərbi birliyin kəşfiyyat bölüyünün komandiri kimi döyüşüb.
O, Ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona Polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev general-mayor Hikmət İzzət oğlu Mirzəyevi general-leytenant ali hərbi rütbəsi ilə təltif etmişdir.
Bundan başqa, Hikmət Mirzəyev 24 iyun 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə Heydər Əliyevin fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
24 iyun 2015-ci ildə isə Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindən olmuşdur. O, bundan öncə Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatına başçılıq edib. Bu münasibətlə dövlət başçısı Mirzəyevə zəng edərək onu təbrik edib.
2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibətilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.
Şuşa fatehi ləqəbil ilə məşhurdur.Hikmət Mirzəyev Cəbrayıl rayonunun və Şuşa şəhərinin azad olunması əməliyyatlarına rəhbərlik etmişdir.
   Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı təyin edilib.
Yenimeydan.info xəbər verir ki, Hikmət Mirzəyev 29 fevral 1968-ci ildə Biləsuvar rayonunda anadan olub.Birinci Qarabağ müharibəsində iştirak etmiş, xüsusi təyinatlı taborun üzvü olmuşdur.