16 may 2024
123
Bu evlərə “kupça” verilməyəcək
Sosial
Oxunma sayı: 1903
Hazırda əksəriyyəti Bakı və Abşeron rayonunda yerləşən sənədsiz evlərlə bağlı amnistiyanın tətbiqi gündəmdədir. Bununla bağlı Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin birgə hazırladığı elektron portalın yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. İlkin mərhələdə sənədləri nisbətən qaydasında olan evlər çıxarışla təmin olunacaq.
Bəs görəsən, tikintisi qadağan olunmuş ərazilərdə olan evləri hansı aqibət gözləyir?
Mediatv.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bu cür evlərə kupça verilməsi mümkün deyil:“Tikinti üçün qadağan olunmuş ərazilərdə olan evlərə amnistiyanın tətbiq olunması faktiki mümkün deyil. Çünki qanunda açıq şəkildə qeyd olunur ki, magistral xəttlərin mühafizə zolağı, meşə-təsərrüfat torpaqları, yüksək gərginlikli elektrik xəttlərinin keçdiyi yerlər və bu qəbildən olan ərazilərdə ev tikmək qadağandır. Təbii ki, amnistiya ilə bağlı məsələ müzakirə olunarkən bu nüanslar da nəzərə alınıb. Eyni zamanda vulkanik ərazilərdə tikilən evlərə də çıxarış verilməsi mümkün deyil. Nəhayət, mədən ərazilərində, yəni neft və qaz çıxarılan yerlərdə də birmənalı şəkildə evlərin tikilməsi qadağandır. Düşünürəm ki, proqram icra olunarkən, həmin evlərə amnistiyanın verilməsi məsələsindən daha çox, onların sökülməsi məsələsi daha aktualdır və doğrudur. Yəqin ki, yanaşma da buna uyğun olacaq”.
Ekspert bildirib ki, bu evlər sökülərsə, dövlət tərəfindən kompensasiya veriləcək:
“Təbii ki, əgər bu qəbildən olan evlər sökülərsə, onların sahiblərinə kompensasiya ödənilməlidir. Söhbət sayı 20-30 minə qədər əmlakdan gedir. Düşünmürəm ki, dövlət 20-30 min ailəni özündən narazı salacaq bir addım atsın. Bu mümkün deyil və hesab edirəm ki, buna yol verilməyəcək. Eyni zamanda o evlər tikilərkən, nəzarət etməli olan qurumlar var idi. Həmin qurumlar bu prosesə nəzarət etməyiblər. Vaxtında nəzarət olunsaydı, yəqin ki, bu istiqamətdə belə bir problem meydana çıxmazdı”.

Oxşar Xəbərlər:
Qanunsuz tikilmiş evlərin taleyi necə olacaq? - AKTUAL
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Sənədsiz evlərdə yaşayanların DİQQƏTİNƏ – Qaz, su, işıq və digər kommunal xidmətlər…
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
“Elektroenergetika haqqında” yeni qanun QƏBUL EDİLDİ