23 dekabr 2024
9

İqtisadiyyat Nazirliyindən yarım milyonluq layihə

    “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti Təchizat Birliyi” MMC “Risk Təhlili və Monitorinqi Sistemi”nin təkmilləşdirilməsi xidmətlərini satın alır.Pravda.az-ın xəbərinə görə, bu məqsədlə MMC 464 920 AZN xərcləyəcək.
Birlik “Mina” şirkəti ilə (1 ədəd riskli vergi ödəyicilərinin emalı modulu, 1 ədəd əlavə dəyər vergisi (ƏDV) idarəetmə paneli, 1 ədəd elektron qaimə-faktura üzrə idarəetmə paneli, 1 ədəd əməkdaşlar və göstəriciləri bölməsi, 1 ədəd mesajlar bölməsi, 1 ədəd e-mail bölməsi) müqavilə bağlamağı planlaşdırır.