23 dekabr 2024
7
“Əziz dostlar, “Kristal Abşeron“dan ev almayın“ -“Kommunal özbaşına qaldırılır, nəsə deyəndə isə...“
"Kristal Abseron"dan ev alanda 100 ölcüb, 1 biçin...".
Bu sözləri "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı Aysel Novruzlu adlı "Kristal Abseron"un sakini yazıb.
O bildirib ki, 2022-ci ildə bu şirkətdən mənzil alıb: "Mənzillər sanki "salfetka"dan tikilib. Bunu qoyuram bir kənara. Sakinlərinə əziyyət verirlər. Özləri "Rahat telekom"la müqavilə bağlayıblar... və nəticədə internet sıfır... Xidmət sıfır...
Sakinlərə icazə yoxdur ki başqa provayderə müraciət etsin. Zəng edib şikayət edirsən, baxmırlar. Uzun sözün qısası, "Kristal Abşeron"un xeyri hardan gəlirsə, ora yönlənir.
Komendant xidmətini hələ demirəm... 36 manatdan 47 manata birdən qaldırdılar. Orda da xidmət sıfır. Komendanta da nəyisə bildirəndə car çəkib adamın üstünə davaya gəlir.
Əziz dostlar, "Kristal Abşeron"dan ev almayın. Yoxsa ya evi satmaq, ya da bunlarla dava-dalaş etmək məcburiyyətində qalacaqsınız.
Şikayət edəndə də "hara istəyirsən, de", - deyirlər.
Dərəbəylikdir!!!".(mia.az)
Oxşar Xəbərlər:
“Gənclər evi” Sosial Xidmət Müəsissələri satınalma keçirir, yoxsa kimlərinsə sifarişini icra edir -İLGİNC FAKTLAR
Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Sumqayıtda “Dövlət satınalmaları haqqında” Qanuna sözün əsl mənasında meydan oxuyurlar
«TRI KORONA»NIN DIREKTORU QOÇU DƏSTƏSI SAXLAYIR?
SÖZÜN BİTDİYİ AN… ZƏLZƏLƏDƏN SONRA MƏZARLIQDAN DƏHŞƏTLİ GÖRÜNTÜLƏR