21 dekabr 2024
23
Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd qan xərçənginin residivindən Moskvada müalicəyə başlayıb.
Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, Əsma Əsəd əri vətənini tərk etməmişdən bir neçə həftə əvvəl Moskvaya gəlib.
Bundan əlavə, Əsma Əsədin valideynləri Rusiyanın paytaxtındadır. Əsədlərin Əbu-Dabidəki Sorbonna Universitetində oxuyan qızı Zain də Moskvaya gəlib.
Bu il Suriyanın keçmiş birinci xanımına kəskin miyeloid leykemiya diaqnozu qoyulub, 2019-cu ildə isə Əsma Əl-Əsədin döşündəki bədxassəli şişi götürülüb. Sonra sağaldığını elan edib.
Oxşar Xəbərlər:
“Ölkə tam xaos içindədir”, amma... – Suriyalıların gələcək ümidi - FOTOLAR
Suriyanın 1-ci xanımı, "vicdansızca qazanc əldə edən" Əsma Əsəd kimdir? -...onun acgöz və qəddar imici üzə çıxmağa başladı
YAP namizədlərinin adlarını açıqladı - Tam siyahı
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
AZƏRBAYCANDA HAVA PROQNOZU