29 dekabr 2024
27
Deputatlar Abdullah Öcalanla görüşdülər
Türkiyə Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM Partiya) İstanbuldan olan deputatı Sırrı Süreyya Öndər ilə Vandan olan deputı Pervin Buldan həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşüblər.
Məlumata görə, nümayəndə heyətinin Öcalanla görüşü 4,5 illik fasilədən sonra baş tutub və iki saat davam edib.
Məsələ ilə bağlı DEM Partiyasından görüşün məzmununun yaxın vaxtlarda açıqlanacağı bildirilib.
Qeyd edək ki, siyasətçilər Öcalanla görüş üçün Ədliyyə Nazirliyinə müraciət etmiş və müsbət cavab almışdılar.
Xatırladaq ki, terror təşkilatı PKK-nın 25 ildir İmralı həbsxanasında olan lideri Abdullah Öcalan 1999-cu il fevralın 15-də Milli Kəşfiyyat Təşkilatının (MİT) əməliyyatı nəticəsində Keniyada yaxalanaraq Türkiyəyə gətirilib. O, terror fəaliyyətlərinə görə ölüm cəzasına məhkum edilsə də, hökm daha sonradan ömürlük həbs cəzası ilə əvəz edilib.
Fotoda Sırrı Süreyya Öndər
Fotoda Pervin Buldan
Oxşar Xəbərlər:
Regionda PKK layihəsinin ləğvi – Suriya Bəşşarın ardınca onu yola salacaq -ŞƏRH
Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət
“Türkiyə bilir ki, bu savaş olacaq...” -Professor Xaləddin İbrahimli Orta Doğu ilə bağlı qorxulu planlardan danışır
Milli Məclisin yeni heyətində ONLARI ÇƏTİN GÖRƏK... - SİYAHI
Prezident əfv sərəncamı imzaladı – SİYAHI