01 yanvar 2025
25
Bu şəhərdə küçədə siqaret çəkmək qadağan edildi
Bu gündən İtaliyanın Milan şəhərində ictimai yerlərdə siqaret çəkmək qadağan edilib.Yenimeydan.info xarici KİV-ə istinadən xəbər verir ki, qərarla, bütün ictimai yerlərdə, o cümlədən küçədə siqaret çəkmək qadağandır.Havanın keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edən qərarda 2 istisna var.
Belə ki, şəhərdə yalnız xüsusi ayrılmış ərazilərdə, insanlar arasında minimum 10 metr məsafə gözlənilməklə siqaret çəkmək mümkündür. Elektron siqaretə isə əhalinin kütləvi toplaşdığı yerlər xaricində icazə verilir.
Qanunu pozanları 40-240 avro arası cərimə gözləyir.
Avropada ən çox siqaret çəkilən ölkələrdən olan İtaliyada hər 5 nəfərdən biri siqaret çəkir. Rəsmi statistikaya görə, 2023-cü ildə 93 000 italiyalı siqaretin səbəb olduğu xəstəlikdən ölüb.