23 dekabr 2024
5
Müəllimlərə ŞAD XƏBƏR
Azərbaycanda müəllimlər üçün gələn ildən etibarən bir çox güzəştlərin tətbiq edilməsi nəzərədə tutulub. Yenimeydan.info Baku.ws-ə istinadən xəbər verir ki, bəzi müəllimlərə xüsusi güzəştli təhsil kartları təqdim olunacaq.Təhsildə fərqlənən müəllimlər əldə etdiyi xüsusi kartlar vasitəsilə bir çox güzəştlər əldə edəcəklər.
Hazırda dünyanın bir çox ölkəsində müəllimlər üçün xüsusi güzəştli təhsil kartları mövcuddur. Bu kartlar, müəllimlərin peşəkar və şəxsi həyatlarını asanlaşdırmaq məqsədilə müxtəlif sahələrdə endirim və imtiyazlar təqdim edir. Bu kart vasitəsilə müəllimlər nəqliyyat, yaşayış, muzey, teatr və digər mədəniyyət obyektlərində endirimlərdən yararlana bilərlər.
Azərbaycanda da müəllimlərin nəqliyyat, səhiyyə, mədəniyyət obyektlərinə giriş və alış-veriş sahələrində endirimlərdən istifadə edə bilmələri üçün işlər aparılır. Bu istiqamətdə ölkənin aparıcı banklardan biri ilə görüş də keçirilib. Görüş zamanı hansı müəllimlərin müəyyənləşəcək güzəştlərdən istifadə edəcəyi müzakirə olunub.
Mövzu ilə bağlı Təhsilin İnkişafı Fonduna müraciət edilib.Qurumun mətbuat xidmətindən cavab olaraq bildirdi ki, bu istiqamətdə işlər görülür:
“Yaxın gələcəkdə müəllimlər üçün təhsil kartlarının yaradılması istiqamətində müvafiq addımlar atılacaq. İlk olaraq bir neçə ay ərzində geniş araşdırma aparılacaqdır”.

Oxşar Xəbərlər:
"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?
Tələbələr üçün gediş haqqı İstanbulda 7 qəpik, Azərbaycanda 50 qəpikdir – Ekspertdən açıqlama
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır - Diqqət!