20 iyun 2023
379

MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır - Diqqət!


MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Yasamal və Hövsan qəsəbələrində, eləcə də Gəncə şəhərində mənzillərin növbəti dəfə güzəştli satışına başlayıb.

Yenimeydan.info bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şosesi 8-ci km, “10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 510 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 243 mənzilin, ümumilikdə 1189 mənzilin satışı 29 iyul 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.

“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 3 avqust 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.

Ölkə prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən MİDA sərəncamında olan mənzillərin əldə edilməsini “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 510, Gəncə Yaşayış Kompleksi üzrə 243 olmaqla, ümumilikdə 1189 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə - 07.12.2018-ci il tarixli 26436, 15.02.2019-cu il tarixli 26721, 22.02.2019-cu il tarixli 26767;

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə - 30.09.2020-ci il tarixli 30175, 20.10.2020-ci il tarixli 30325, 02.11.2020-ci il tarixli 30383;

Gəncə Yaşayış Kompleksi üzrə - 17.12.2019-cu il tarixli 28607, 02.03.2020-ci il tarixli 29004, 31.03.2020-ci il tarixli 29122, 13.05.2020-ci il tarixli 29272 nömrəli müsbət rəyləri mövcuddur.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib.

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır

Gəncə Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır

Satış şərtləri və qiymətlər:

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.

Qeyd: “Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:

Studio tipli mənzillərin qiyməti – 33 222 manatdır,

1 otaqlı mənzillərin qiyməti – 33 687 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 53 580 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 70 642 manatdan başlayır.

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:

Studio tipli mənzillərin qiyməti – 34 085 manat,

2 otaqlı mənzillərin qiyməti – 49 028 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 61 897 manatdan,

4 otaqlı mənzillərin qiyməti – 83 895 manatdan başlayır.

Gəncə Yaşayış Kompleksi üzrə:

Studio tipli mənzillərin qiyməti – 29 623 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 47 940 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 61 829 manatdan,

4 otaqlı mənzillərin qiyməti – 81 685 manatdan başlayır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:

MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:

MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır

Gəncə Yaşayış Kompleksi üzrə:

MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır

DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:

MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:

MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır

Gəncə Yaşayış Kompleksi üzrə:

MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin www.yasamal2.mida.gov.az, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsinin www.hovsan2.mida.gov.az, Gəncə Yaşayış Kompleksinin www.gence.mida.gov.az internet səhifələrinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə güzəştli mənzil kalkulyatoru vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az internet səhifəsində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı Bakı, 1 saylı Sumqayıt və 1 saylı Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.