15 may 2024
72

Ucarda ana və iki övladı yol qəzasında xəsarət aldı

Ucar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenimeydan.info Report-a istinadən xəbər verir ki , iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1976-cı il təvəllüdlü Hicran Qurban qızı Həsənova və övladları: 17 yaşlı Kənan Ramil oğlu Həsənov və 10 yaşlı Ayla Ramil qızı xHəsənova əsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə rayon xəstəxanasına çatdırılıblar, sonra isə Bakıda yerləşən xəstəxanaların birinə gətiriliblər.
Faktla bağlı araşdırma aparılır.