18 oktyabr 2023
203

Ucarda yerli məmurlar rayonu NECƏ ÇÖKDÜRÜR... - İTTİHAM VAR...






"Ucar rayonuda həyat iflic olub.Bunun isə başlıca səbəbi rayon rəhbərliyinin yarıtmaz fəaliyyətidir. Belə ki, Ucar rayon Kommunal Müəssisəsləri Kombinatının (komxozun) 400 nəfərdən çox işçisi var.Təxminən 70 nəfər komxozun işçisidir, qalan şəxslər isə “DOST” İş Mərkəzi MMC-nin əmək müqaviləsi əsasında orada işləyir.
Bu qədər işçisi olan idarə balaca ərazisi olan Ucar şəhərini təmizləyə bilmir ki, buna görə rayon zibillik içindədir". Bu barədə Yenimeydan.info-nun elektron poçtuna daxil olan  məqalədə deyilir.Şikayətçilər daha sonra yazır:
Məqalədə daha sonra bildirilir: "Çünki işçilərin əksəriyyəti aylıq haqq verib işə gəlmədən hər ay maaş alırlar.400 nəfərdən çox işçinin təxminən 350 nəfəri işə gəlmir hər ay 150-200 manat arası aylıq haqq verirlər.Həmin pullar komxozun müdiri tərəfindən icra başçısının müavini Vaqif Mehdiyevə (çünki idarəyə nəzarət ona tapşırılıb) çatdırılır.
Həttda idarəyə işçilərin davamiyyətini yoxlamağa gələn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarınada aylıq haqq verilir.Bu səbəbdəndir ki, bu qanunsuzuq barədə tədbir görülmür deyə Ucarda ara qarışıb məssəb itib.Günlərlə zibillər yığılmır, küçələr təmizlənmir.Antisanitariya baş alıb gedir, insanların sağlamlıqları ciddi təhlükə altındadır.Rayona gələn qonaqlar təcüblənib soruşurlar ki, Ucar hansı respublikanın rayonudur ki, belə nəzarətsiz qalıb.
“DOST” İş Mərkəzi MMC-nin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında 68 yaşlı qoca adamlarda işə qəbul olunub ki, onlar heç vaxt işə gəlmədən hər ay maaş alırlar həmdə qocalığa görə təqaüd də alırlar.Həmin qoca adamların fiziki qüvvəsi buna imkan vermir ki, küçə təmizləsin, zibil yığsın və sairə iş görə bilsinlər.
“DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucarda komxozda işləyənlərin davamiyyətini nazirlikdən yoxlamağa gələn olanda heç vaxt işə gəlməyən işçilər həmin günü əyinlərində fəhlə paltarı işdə peyda olurlar.Bunu isə onlara icra başçısının müavini Vaqif Mehdiyev tez məlumat verir.Çünki Vaqif Mehdiyevi gələn yoxlama əvvəlcədən xəbərdar edirki, onlara işdə olmaları barədə məlumat verilsin.Ucarda yoxlama olan kimi rayonun küçələrində əynində fəhlə forması olan işçilər payda olub kimi yer süpürür kimi zibil atır güclü təmizlik işləri gedir.Ancaq yoxlama gedəndən sonra yenə köhnə hamam köhnə tas Ucar zibilliyə qərq olur.
Ucar rayonda yaranmış bu korrupsiya piramidasının başında bir başa icra başçısının müavini Vaqif Mehdiyev və Ucarda yoxlamaya ezam olunmuş vəzifəli şəxslər dayanırlar.
Mərbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirik Ucar rayonunda yaranmış bu korrupsiya piramidasının dağıdılmasına, “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Məssisəsləri Kombinatnda adı işdə gedib işə gəlməyib aylıq haqq verənlərin işdən kənarlaşdırlıb yerinə kasıb, işsiz, cavan insanların işə qəbul edilməsinə tapşırıq verəsiniz. Hər dəfə yoxlama adı ilə Ucara ezam olunub icra başçısının müavinindən haqq alıb bu qanunsuzluqlara göz yuman vəzifəli şəxslərində barəsində ciddi tədbirlər görməyinizi axhiş edirik".
İddia olunanlarla bağlı  bütün maraqlı tərəfləri dinləməyə hazırıq...