17 aprel 2024
15

Ərdoğan açıqladı: Türkiyə tarixində ilk dəfə olaraq...

 Tariximizdə ilk dəfə milli gəlirdə 1,1 trilyon dolları, adambaşına düşən gəlirdə isə 13 min dolları ötdük.
Yenimeydan.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz alıcılıq qabiliyyəti paritetinə görə dünyanın 11-ci ən böyük iqtisadiyyatıyıq. 2024-cü ilin birinci rübünə dair məlumatlar xalis ixracatın böyüməmizə əhəmiyyətli töhfə verdiyini ortaya qoyur. 2024-cü ilin yanvar-mart ayları arasında ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 63,7 milyard dollara çatıb”, - deyə dövlət başçısı bildirib.