25 iyul 2024
71

Azərbaycan və Ermənistan sərhədçiləri arasında insident

        Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasından sonra Kirantsda Azərbaycan və Ermənistan sərhədçiləri arasında iki insident yaşanıb.
Yenimeydan.info   Publika.az-a istinadla xəbər verir ki, bu iddianı “Hraparak” yayıb.
Bildirilir ki, hadisə yeni salınan yolun yaxınlığında qeydə alınıb. Sərhəd müəyyənləşdikdən sonra dövlətlərarası yolun bir hissəsi olan Kirantsa gedən körpü Azərbaycan tərəfinə təhvil verilib və yeni, alternativ yolun tikintisinə başlanılıb.
Ermənilərin iddiasına görə, Azərbaycan tərəfi yolun sərhəd pozuntusu ilə çəkildiyini əsas gətirərək etiraz ediblər.
“Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan “Hraparak”a məlumatı təsdiqləyib. “Kirants sakinlərindən öyrəndim ki, ötən gün Kirantsa gedən yeni yolda insident baş verib. Azərbaycan sərhədçiləri gəlib erməni sərhədçiləri ilə mübahisə edib və bildiriblər ki, yeni salınan yolun bir hissəsi Azərbaycan torpaqlarından keçir. Dünən və ondan bir gün əvvəl Kirants sakinləri azərbaycanlıların əkdikləri buğdanı necə biçdiklərinin şahidi olublar”, – deyə deputat bildirib