20 dekabr 2024
9
Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb...
Nərimanov rayonu, Faiq Yusifov küçəsi, bina 43, mənzil 28-də yaşayan Abdullayeva İradə Mahmud qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət ünvanlayan şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Prezident!
Yazıb Sizə bildirmək istəyirəm ki, yaşadığım mənzil “Gold Məkan” MMC tərəfindən sökülür. Mənim əşyalarım mənzildə ola-ola söküntü işi gedir. Mənə təzyiq edirlər.
Nazirlər Kabineti Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göstəriş verib, ancaq işi dayandırmırlar.
Polislər əşyalarımı küçəyə atıb. Evimin bütün əşyaları yağışın altında qalıb.
Cənab Prezident!
Nərimanov Rayon Prokrorluğunda belə qanunsuz söküntü apardıqlarına görə, “Gold Məkan” MMC-yə cinayət işi başlanıb. Lakin “Gold Məkan” MMC heç kəsə məhəl qoymur və Azərbaycan Respublikasının qanunlarını pozur.
Onu da diqqətinizə çatdırım ki, dəfələrlə müraciət etməmizə baxmayaraq, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı da tikinti şirkətinin qanunsuz əməllərinə göz yumur”.