16 aprel 2024
37

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

 


"Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin öz vəzifəsindən sui-istifadə etməsi, şəxsi maraqları naminə dövlət və ictimai maraqları qurban verməsi ilə bağlı ölkə mediasında kifayət qədər məlumat mövcuddur". Bu barədə dia-az.info-ya göndəriləən məqalədə deyilir.

Əvvəli burada: Ramin Abdullayevin “göydələn” biznesi

Məqalə müəllifi daha sonra bildirir: "Ramin Abdullayevə veriləcək mənzillərin sayını isə inşa ediləcək binanın blok və mərtəbə sayı müəyyən edir. Çoxbloklu və çoxmərtəbəli binaların bəzisindən Ramin Abdullayev nə az nə çox - 10 mənzil tələb edir ki, bu da sahibkarların ciddi narazılığına səbəb olur. Lakin Ramin Abdullayevin razılığı olmadan bina inşası mümkün olmadığı üçün, iş adamlarının bir çoxu dövlət məmurunun qanunsuz tələbi ilə əvvəl-axır razılaşmalı olurlar.

Ölkədə ən çox mənzil sahibi olan adam – Ramin Abdullayev!

Məhz bu yolla Ramin Abdullayev hər ay onlarla mənzil ələ keçirir ki, bu da onu nəinki paytaxtın, bütün ölkənin ən çox mənzi sahibi olan adamına çevirir.

Nəhəng daşınmaz əmlak imperiyasına malik olan Ramin Abdullayev iş adamlarını, tikinti şirkətlərini inşa edilən hər binadan ona “xərac” verməyə məcbur etməklə öz mülklərinin sayını sürətlə artırmaqdadır. Bəzi iş adamları Ramin Abdullayevin qanunsuz tələbini qarşılaya bilmədikləri üçün öz layihələrini illərlə gerçəkləşdirə bilməmiş, maddi baxımdan böyük itkiyə məruz qalmış, dövlətdən narazı salınmışdır.

Təbii, Ramin Abdullayevin ölkənin tikinti sektorunda təkbaşına bu cür at oytantdığını düşünmək sadəlövhlük olardı. İdarə Heyətinin sədri iş adamlarının dərisini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birnci müavini Namiq Hümmətovun xeyir-duası və himayəsi altında soyur.
Ramin Abdullayevlə Namiq Hümmətovun şəxsi maraqlara söykənən, dövlət və ictimai maraqları hədəf alan “biznes müttəfiqliyi” haqqında gələn məqaləmizdə ətraflı danışacağıq".