16 may 2024
77

Putin ilk xarici səfərini Çinə etdi

putin-ilk-xarici-seferini-cine-etdi

Rusiya Prezidenti Vladimir Putin Çinə rəsmi səfərə gedib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.
Səfərin iki gün olacağı və iki mərhələdə baş tutacağı bildirilir: Putin mayın 16-da Pekində olacaq, mayın 17-də isə Harbinə səfər edəcək.
Qeyd edək ki, bu, dövlət başçısının beşinci müddətə vəzifəyə başladıqdan sonra ilk xarici səfəridir.