15 yanvar 2024
49

Putin Şimali Koreyaya səfər edəcək

putin-simali-koreyaya-sefer-edecek

     Rusiya Prezidenti Vladimir Putin yaxın gələcəkdə Şimali Koreyaya səfər edəcək.
Yenimeydan.info   “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.“Vladimir Putin Pxenyana rəsmi səfərə dəvət edilib və ümid edirik ki, bu səfər baş tutacaq və Rusiya Prezidenti yaxın gələcəkdə Şimali Koreyaya səfər edəcək”, - deyə Peskov qeyd edib.
Onun sözlərinə görə, səfərin tarixi diplomatik kanallarla razılaşdırılacaq.
Qeyd edək ki, Şimali Koreyanın xarici işlər naziri Çoy Son Hi hazırda Moskvada rəsmi səfərdədir. Onun Rusiyaya səfəri yanvarın 17-nə qədər davam edəcək.