30 oktyabr 2023
309

Putin Mahaçqaladakı hadisələrlə bağlı müşavirə keçirəcək

  
 Bu gün Rusiya Prezidenti Vladimir Putin Dağıstanın Mahaçqala şəhərində baş verən hadisələrlə bağlı müşavirə keçirəcək.
Yenimeydan.info “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.
Moskva vaxtı ilə 19:00-da başlayacaq iclas Putinin Novo-Oqaryovodakı iqamətgahında baş tutacaq.
Bildirilir ki, müşavirədə, həmçinin Rusiyanın Baş naziri Mixail Mişustin, ölkənin Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, XİN rəhbəri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu və digərləri də iştirak edəcək.“Putin dünən axşam və bu gün səhər Dağıstandakı vəziyyətlə bağlı ətraflı hesabatlar alıb və almağa davam edir. Dünənki hadisələrin xaricdən gələn fəaliyyətin nəticəsi olduğu aydındır”, – deyə Peskov qeyd edib.
Xatırladaq ki, oktyabrın 29-u yüzlərlə insan Mahaçqala hava limanı ərazisində etiraz aksiyasına toplaşıb. Buna səbəb İsraildən gələn təyyarə olub. Belə ki, yerli sakinlər yəhudilərin ərazidən çıxarılmasını tələb ediblər. Etirazçılar kütləvi şəkildə aeroportun binasına daxil olublar. İnsidentlə bağlı hava limanı bağlanıb. Hadisə zamanı 20-dən çox insan xəsarət alıb, 60 nəfər isə saxlanılıb. Rusiya KİV aksiyada 1200 nəfərin iştirak etdiyini yazıb.