14 iyul 2023
139

 Ukrayna Baş Kəşfiyyat İdarəsinin başçısı: - "Putinin yaxın ətrafında bizim öz mənbələrimiz var”

Ukrayna Baş Kəşfiyyat İdarəsinin başçısı:
“Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafında bizim öz mənbələrimiz var”.

YeniMeydan.info “Report”a istinadla xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin başçısı Kirill Budanov “Reuters”ə müsahibəsində bildirib.

“Bizim öz mənbəyimiz var. Belə deyək, onlar Putinə yaxın kabinetlərdədir. Ona görə də biz adətən baş verənlərdən xəbər tuturuq”, - o vurğulayıb.

Müsahibədə Budanov heç bir sübut təqdim etməsə də, qeyd edib ki, hələ keçən il genişmiqyaslı müharibə başlamazdan əvvəl Rusiyanın hücumunu dəqiq proqnozlaşdırıb. Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı Rusiya Daxili İşlər Nazirliyinin sorğusunu ələ keçirib: “Həmin sorğuya əsasən, “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin Rusiya daxilində dəstəyi var”.

Bir sıra mənbələrin bildirdiyinə görə Vladimir Putinin yaxın ətrafı bunlar sayılır: müdafiə naziri Sergey Şoyqu, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov, xarici işlər naziri Sergey Lavrov, Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Milli Qvardiyanın başçısı Viktor Zolotov, habelə Baş nazir Mixail Mişustin, “Rosneft” dövlət konsernin rəhbəri İqor Seçin, Moskva meri Sergey Sobyanin, Vladimir Putinin uşaqlıq dostları - milyarder qardaşlar Boris və Arkadi Rotenberq və s.