08 yanvar 2025
13
“Union Logistika“rəhbəri Rövşən Mehdiyev sahibkarları niyə aldadır? -VİDEO
Məlumata görə, müqaviləyə əsasən, məhsulu bir aya çatdırmalı olsalar da, 4 aydır ki, təhvil verilmir.
Bakıda bir qrup şəxs “Xəzər Xəbər“ə müraciət edərək bildirib ki, Çindən aldıqları müxtəlif növ məhsulları logistika şirkətinə təhvil versələr də, onlar malı gətirmirlər.
Cavid Nəbiyev iddia edir ki, paytaxda olan həmin logistika şirkəti onları aldadır.
Onun sözlərinə görə, məhsulu onlara təhvil verməzdən əvvəl şirkətin rəhbəri Rövşən Mehdiyevlə aralarında rəsmi müqavilə də bağlanıb. Müqavilədə göstərilib ki, mallar 30 gün müddətinə onlara təhvil veriləcək. Digər şikayətçi – Ceyhun Sahilov da həmin şirkətlə paytaxta 9200 manatlıq reklam avadanlıqları gətirmək üçün müqavilə bağlayıb.
Vətəndaşlar deyirlər ki, dəfələrlə “Union Logistika“nın rəhbəri onlara məhsulun çatdırılması vədini verib, amma sentyardan bu günə qədər bunu icra etmirlər. Sahibkarlar bununla bağlı Baş Prokurorluğa müraciət edəcəklərini bildiriblər.
Məsələ ilə bağlı sözügedən logistika şirkətinin ofisinə getdik. İş günü olsa da şirkətin qapısı bağlı idi. Ancaq “Union Logistika“ nın əməkdaşı Anar Qafarlı ilə əlaqə saxladıq. O, telefonda şifahi olaraq bildirdi ki, məhsulların çatdırılmasında bəzi problemlər olub, amma bu ayın sonuna qədər təhvil veriləcək.
Oxşar Xəbərlər:
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər
Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Ceyhun Abbasovun təsisçisi olduğu şirkət narkotikdən daha betər təhlükəlidir - "BİZ ON" dan necə xilas ola bilərik
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT