08 yanvar 2025
10
Suriyaya ordu yeridilə bilər -Hakan Fidandan AÇIQLAMA
Yenimeydan.info : Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Biz aydın tələblər irəli sürdük. Əgər hərbi əməliyyat variantını istəmirsinizsə, o zaman xarici terrorçular Suriyanı tərk etməli, liderlər ölkəni tərk etməli, təşkilatın qalan üzvləri (Kürdüstan Fəhlə Partiyası və ona bağlı birləşmələr nəzərdə tutulur – red.) silahlarını aşağı salmalı və Suriyanın yeni rəhbərliyi ilə birlikdə çalışmalıdır. Dəməşq onlarla dialoq aparır. Bir dəfə dedi, ikinci dəfə deyəcək. Amma nəticə olmasa, hərbi əməliyyat hüquqi seçim olacaq.
Biz uzun illərdir bu məsələ ilə məşğuluq. İndi Suriyadakı yeni reallıq kontekstində fərqli ssenariləri qiymətləndirərək işimizi davam etdiririk. Suriyanın yeni administrasiyası açıq şəkildə bu problemi tanımalı və ölkəsinin milli təhlükəsizliyini və bütövlüyünü təmin etmək üçün lazımi addımları atmalıdır. Bu bizim gözləntimizdir. Bu məsələ ilə bağlı danışıqlar davam edir”, - H.Fidan vurğulayıb.
Oxşar Xəbərlər:
Böyük təhlükəyə qarşı ittifaq:Türkiyə və Suriya onları məhv edəcək
YAXIN ŞƏRQDƏ RUSİYA ADLI OYUNÇU ARTIQ YOXDUR! –ABŞ bu regiondan getməyəcək, Türkiyə isə...
Regionda PKK layihəsinin ləğvi – Suriya Bəşşarın ardınca onu yola salacaq -ŞƏRH
Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
43 mandat partiyasız şəxslərə qismət olub